Bank Of Baku

Dünya bazarında neftin qiyməti 7% artıb

Dünya bazarında neftin qiyməti 7% artıb
# 27 noyabr 2008 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 3,67 dollar və ya 7,23% artaraq 1 barelə görə 54,44 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,58 dollar – 53,92 dollaradək yüksəlib.
Qeyd edək ki, neftin bahalaşmasının bir sıra səbəbi olub. Belə ki, ABŞ və Avropada iqtisadiyyatın bərpası üçün ayrılan vəsaitlərin məbləğlərinin açıqlanması, Çində uçot dərəcəsinin aşağı salınması qərarı və OPEC tərəfindən neft hasilatının azaldılması barədə yeni qərarın yaxın zamanda qəbul edilməsi ehtimalları bazara təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR