Bank Of Baku

Dünya bazarında neft 3% ucuzlaşıb

Dünya bazarında neft 3% ucuzlaşıb
# 28 noyabr 2008 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron ticarət sistemində keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,82 dollar və ya 3,34% azalaraq 1 barelə görə 52,82 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar – 53,13 dollaradək enib.
Qeyd edək ki, neftin ucuzlaşmasını dünyada istehsalın azalması səbəbindən yanacağa olan tələbatın azalması ehtimalları ilə əlaqələndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR