Bank Of Baku

Avropada fond indeksləri yüksəlib

Avropada fond indeksləri yüksəlib
# 28 noyabr 2008 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 27-də Amerika bazarlarında Şükranlıq Günü bayramı ilə bağlı ticarət əməliyyatları aparılmayıb. Əvvəlki gündə isə Dow Jones indeksi 2,91% - 8726,30 bəndədək, S&P 500 3,52% - 887,56 bəndədək, Nasdaq isə 4,6% - 1532,10 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,77% - 4226,10 bəndədək, Fransa CAC-40-ı 2,54% - 3250,39 bəndədək, Almaniya DAX-ı isə 2,30% - 4665,27 bəndədək yüksəlib. Avropa bazarlarına indekslərin yüksəlməsinin iki əsas səbəbi olub. İlk növbədə investorlar böhranın maliyyə bazarlarına mənfi təsirinin hələ bitmədiyini etiraf etsələr də, dünyanın aparıcı ölkələrinin hökumətləri böhrana qarşı tədbirlərinin fayda verəcəyində əmindir. İkinci səbəb isə bir sıra Avropa şirkətinin korporativ xəbərlərinin bazara müsbət təsiri ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR