Bank Of Baku

Dow Jones indeksi 1,17%, S&P 500 0,96%, Nasdaq isə 0,23% yüksəlib

Dow Jones indeksi 1,17%, S&P 500 0,96%, Nasdaq isə 0,23% yüksəlib
# 01 dekabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 28-də Amerika bazarlarında Dow Jones indeksi 1,17% - 8829,04 bəndədək, S&P 500 3,52% - 896,08 bəndədək, Nasdaq isə 0,23% - 1535,47 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da bank sektoru və avtomobil bazarında kotirovkaların yüksəlməsi müşahidə olunub. Belə ki, «Citigroup»un səhmləri 18%, «Bank of America»nın 5,3%, «JPMorgan»ın 3,4% ucuzlaşıb. Bundan başqa, Amerikanın ən iri avtomobil istehsalçı olan «General Motors»un səhmləri 9%, «Ford»un səhmləri isə 25% bahalaşıb. Qeyd edək ki, bu günlərdə «General Motors» şirkətinin «Saturn», «Saab», «Pontiac» və «Hummer» kimi brendlərdən imtina etməsi və yalnız «Chevrolet», GMC, «Buick» və «Cadillac»ı saxlamaq niyyətində olması barədə məlumatlar yayılıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,46% - 4288,01 bəndədək, Fransa CAC-40-ı 0,38% - 3262,68 bəndədək, Almaniya DAX-ı isə 0,09% - 4669,44 bəndədək yüksəlib. Avropa bazarlarında müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin səhmlərinin artımı müşahidə olunsa da, energetika və avtomobil sektorunda enmə baş verib. Belə ki, «Total»in səhmləri 2,6%, BP-nin 3,5%, «Volkswagen»in 5%, «Porsche»nin səhmləri 6,8% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR