Bank Of Baku

OPEC-in hərəkətsizliyi nefti 10% ucuzlaşdırıb

OPEC-in hərəkətsizliyi nefti 10% ucuzlaşdırıb
# 02 dekabr 2008 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 5,15 dollar və ya 9,5% azalaraq 1 barelə görə 49,28 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 5,52 dollar – 47,97 dollaradək enib.
Beləliklə, OPEC-in noyabrın 29-da növbədənkənar iclasında bazar iştirakçıları tərəfindən gözlənilən neft hasilatının azaldılması qərarının qəbul edilməməsi nefti daha da ucuzlaşdırıb. Xatırladaq ki, OPEC üzvləri neft hasilatının azaldılması məsələsinə dekabrın 17-də keçirilməsi nəzərdə tutulan növbəti iclasda baxmaq niyyətindədir. Nəticədə, OPEC-in hərəkətsizliyi bir gün ərzində nefti 10%-ə yaxın ucuzlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR