Bank Of Baku

Dow Jones indeksi 7,70%, S&P 500 8,93%, Nasdaq isə 8,95% enib

Dow Jones indeksi 7,70%, S&P 500 8,93%, Nasdaq isə 8,95% enib
# 02 dekabr 2008 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 1-də Amerika bazarlarında Dow Jones indeksi 7,70% - 8149,09 bəndədək, S&P 500 8,93% - 816,21 bəndədək, Nasdaq isə 8,95% - 1398,07 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin azalması ABŞ, Çin, Böyük Britaniya və Almaniya iqtisadiyyatı barədə məlumatların açıqlanmasından sonra baş verib. Belə ki, ABŞ-da noyabrda istehsal sektorunda fəallığı əks etdirən PMI indeksi 38,9 bənddən 36,2 bəndədək enib. Qeyd edək ki, bu indeksin 50-dən aşağı olması istehsalatın geriləməsini göstərir. Bundan başqa, Çində istehsal sahəsində fəallıq indeksi 33,8 bənd təşkil edib ki, bu da iqtisadiyyatın artım tempinin azalmasını əks etdirir. Böyük Britaniyada noyabrda PMI indeksi 40,7 bənddən 34,4 bəndədək enərək rekord səviyyədə aylıq azalma nümayiş etdirib. Almaniya üzrə açıqlanan göstəricilər oktyabr ayında pərakəndə satışın 1,6% azaldığını əks etdirir.
Həmin məlumatlar Avropa bazarlarında da aparıcı indekslərin enməsinə səbəb olub. Belə ki, Britaniya FTSE 100 indeksi 5,19% - 4065,49 bəndədək, Fransa CAC-40-ı 5,59% - 3080,43 bəndədək, Almaniya DAX-ı isə 5,88% - 4394,79 bəndədək enib. Avropa bazarlarında «Royal Dutch Shell»in səhmləri 5,3%, BP-nin 5,8%, «Standart Chartered Bank»ın 14%, UBS-in 12%, «BNP Paribas»ın 7,6%, «Barclays»ın səhmləri 6,7% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR