Bank Of Baku

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi noyabrda 0,22% yüksəlib

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi noyabrda 0,22% yüksəlib
# 02 dekabr 2008 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,22% artıb.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8092 AZN-dən 0,8074 AZN-dək azalıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi noyabr ayında 0,8084 AZN/$1-ə bərabər olub. Halbuki, oktyabrda bu göstərici 0,8094 AZN/$1 təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,4% yüksəlib.
Xatırladaq ki, bu ilin noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 14 bankın iştirakı ilə 64,128 mln. manat və ya 79,329 mln. dollar həcmində 48 alqı-satqı əqdi bağlanıb. Bu isə oktyabr ayı ilə müqayisədə 72,28% çoxdur. Hər əqdin orta həcmi 2,751 mln. dollardan 1,653 mln. dollaradək enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR