Bank Of Baku

Dow Jones indeksi 3,31%, S&P 500 4%, Nasdaq isə 3,7% yüksəlib

Dow Jones indeksi 3,31%, S&P 500 4%, Nasdaq isə 3,7% yüksəlib
# 03 dekabr 2008 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 2-də Amerika bazarlarında Dow Jones indeksi 3,31% - 8419,09 bəndədək, S&P 500 4% - 848,81 bəndədək, Nasdaq isə 3,70% - 1449,80 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin artmasına əsas səbəb ölkənin avtomobil sahəsinin dəstəyi üzrə hökumətin və avtomobil istehsalçılarının planlaşdırdığı birgə tədbirləri barədə məlumatlar olub.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,41% - 4122,86 bəndədək, Fransa CAC-40-ı 2,35% - 3152,90 bəndədək, Almaniya DAX-ı isə 3,12% - 4531,79 bəndədək yüksəlib. Avropa bazarlarında Almaniya «Commerzbank»ının səhmləri 9,1%, İsveçrə UBS-in səhmləri 3,6%, İspaniya «Banco Santander»ın səhmləri 2,3%, «Allianz» sığorta şirkətinin səhmləri 4,9%, «Renault»un səhmləri 9,4%, BMW-nin səhmləri 4%, «British Airways»in səhmləri 12% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2702 dollar (+0,51%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR