Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 03 dekabr 2008 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 2,32 dollar və ya 4,7% azalaraq 1 barelə görə 46,96 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,53 dollar – 45,44 dollaradək enib.
Beləliklə, neftin qiyməti son üç ildə ən minimal səviyyəyə çatıb və bunun iki əsas səbəbi var. İlk növbədə dünyada iqtisadiyyatın geriləməsinin dərinləşməsi nəticəsində neftə olan tələbatın azalması davam edir və analitiklərin proqnozlarına görə, bu proses yaxın aylarda davam edəcək. Digər tərəfdən, neft bazarında qiymətlərin tarazlaşdırılmasının yeganə üsulu olan hasilatın azaldılması həyata keçirilmir. Belə ki, noyabrın 29-da keçirilən OPEC-in son iclasında bu barədə qərar gözlənilsə də, onun qəbulu dekabrın 17-dək təxirə salınıb. Nəticədə, neftin qiymətinin düşməsi davam etməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR