Bank Of Baku

BFB-da 10306620S seriyalı 3,663 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10306620S seriyalı 3,663 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 dekabr 2008 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306620S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3,663 mln. manat təşkil edib. Sifarişlər 95,48% (gəlirlik 9,49%) - 95,74% (gəlirlik 8,92%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 95,48% (gəlirlik 9,49%), orta ölçülmüş qiymət isə 95,61% (gəlirlik 9,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3,663 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyunun 2-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR