Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankının 50104819S seriyalı 40 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankının 50104819S seriyalı 40 mln. manatlıq notları yerləşdirilib
# 03 dekabr 2008 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının (AMB) 50104819S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 40 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirakı ilə keçirilən hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 56 777,2 min manat təşkil edib. Sifarişlər 99,27%-99,70% qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 99,64% (gəlirlik 4,82%), orta ölçülmüş qiymət 99,67% (gəlirlik 4,41%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 7 934,6 min manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 40,0 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin dekabr ayının 30-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR