Bank Of Baku

Dünya bazarında neftin qiyməti dəyişməyib

Dünya bazarında neftin qiyməti dəyişməyib
# 04 dekabr 2008 08:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,17 dollar və ya 0,36% azalaraq 1 barelə görə 46,79 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə dəyişməz qalaraq 45,44 dollar təşkil edib.
Hazırda neft bazarında dünya iqtisadiyyatının enməsi amili aparıcı rol oynayır. ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumatlar bazara yalnız ucuzlaşmanın dayandırılması formasında təsir edib, halbuki əvvəllər belə məlumatlardan sonra neftin qiyməti artırdı. Eyni zamanda, ABŞ-ın Enerji İnformasiya Dövlət İdarəsinin (EIA) və Amerika Neft İnstitutun (API) məlumatları çox fərqlənir. Belə ki, EIA-nın məlumatına görə, ABŞ-da ötən həftə ərzində neft ehtiyatları 400 min barel azalaraq 320,4 mln. barelə, benzin ehtiyatları 1,6 mln. barel artaraq 198,9 mln. barelə, dizel yanacağı və mazut ehtiyatları 1,7 mln. barel azalaraq 125 mln. barelə çatıb. API-nin məlumatlarına əsasən isə, neft ehtiyatları 2,3 mln. barel azalaraq 317,4 mln. barel, benzin ehtiyatları 416 min barel azalaraq 200,8 mln. barel, dizel və mazut ehtiyatları 3,1 mln. barel artaraq 131,8 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyinin bölməsi olan EIA-nın məlumatları şirkətlər tərəfindən icbari şəkildə təqdim edilən məlumatlar əsasında, API-nin məlumatları isə könüllü məlumatlar əsasında formalaşır. Analitiklər həftə ərzində neft ehtiyatlarının 1,8 mln. barel, benzin ehtiyatlarının 1,4 mln. barel, dizel və mazut ehtiyatlarının isə 700 min. barel artacağını gözləyirdi.
Həmçinin bazara Qətərin neft naziri Abdulla bin Həmad əl-Əttiyənin OPEC tərəfindən dekabrın 17-də keçiriləcək iclasında neft hasilatının azaldılmasına dair qərarın qəbul olunması barədə bəyanatı da təsiri etsə də, qiymət artımı müşahidə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR