Bank Of Baku

Dow Jones indeksi 2,05%, S&P 500 2,58%, Nasdaq isə 2,94% yüksəlib

Dow Jones indeksi 2,05%, S&P 500 2,58%, Nasdaq isə 2,94% yüksəlib
# 04 dekabr 2008 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 3-də Amerika bazarlarında Dow Jones indeksi 2,05% - 8591,69 bəndədək, S&P 500 2,58% - 870,74 bəndədək, Nasdaq isə 2,94% - 1492,38 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin artmasına əsas səbəb ölkənin bir sıra makroiqtisadi göstəricilərinin gözləniləndən daha müsbət olması ilə bağlıdır. O cümlədən, ipoteka bazarının indekslərinin artması və neft ehtiyatlarının azalması kimi göstəricilər müsbət effekt göstərib. Eyni zamanda, məşğulluq sahəsində statistik məlumatlar bazara mənfi təsir edib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,14% - 4169,96 bəndədək, Fransa CAC-40-ı 0,44% - 3166,65 bəndədək, Almaniya DAX-ı isə 0,78% - 4567,24 bəndədək yüksəlib. Avropa bazarlarına İngiltərə Bankı və Avropa Mərkəzi Bankı tərəfindən faiz dərəcələrinin dekabrın 4-də azaldılacağı barədə məlumatlar müsbət təsir göstərib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2707 dollar (+0,04%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR