Bank Of Baku

Dünya bazarında neft daha da ucuzlaşıb

Dünya bazarında neft daha da ucuzlaşıb
# 05 dekabr 2008 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 3,12 dollar və ya 6,67% azalaraq 1 barelə görə 43,67 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,16 dollar azalaraq 42,28 dollar təşkil edib.
Beləliklə, dünya iqtisadiyyatının geriləməsi və bununla bağlı neftə tələbatın azalması amili neftin ucuzlaşmasına təsirini davam etdirir. Bu fonda OPEC-in rəhbəri Şakib Xəlilin fikrincə, qiymətlər indiki səviyyədə qaldığı və ya daha da düşəcəyi təqdirdə, OPEC neft hasilatını böyük həcmdə azaltmağa məcbur olacaq. Ş.Xəlilin sözlərinə görə, OPEC bununla bağlı çox sərt qərar qəbul etməyə hazırdır.
Qeyd edək ki, bu qərar artıq dekabrın 17-də OPEC-in növbəti iclasında qəbul oluna bilər. Xatırladaq ki, OPEC-in oktyabrın 24-də hasilatın azaldılması ilə bağlı qəbul edildiyi qərar bazara heç bir müsbət təsir göstərməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR