Bank Of Baku

Dow Jones indeksi 2,51%, S&P 500 2,93%, Nasdaq isə 3,14% enib

Dow Jones indeksi 2,51%, S&P 500 2,93%, Nasdaq isə 3,14% enib
# 05 dekabr 2008 08:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 4-də Amerika bazarlarında Dow Jones indeksi 2,51% - 8376,24 bəndədək, S&P 500 2,93% - 845,22 bəndədək, Nasdaq isə 3,14% - 1445,56 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin enməsi bir sıra iri şirkətlərin mənfəətinin azalması, kütləvi ixtisarlar, satışın azalması və digər mənfi məlumatlar nəticəsində baş verib. Qeyd edək ki, dekabrın 4-də Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,75 faiz bəndi 2,5%-dək, İngiltərə Bankı 1 faiz bəndi 2%-dək endirib. Lakin bu qərar investorlar tərəfindən birmənalı qarşılanmayıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,15% - 4163,61 bəndədək, Fransa CAC-40-ı 0,17% - 3161,16 bəndədək, Almaniya DAX-ı isə 0,07% - 4564,23 bəndədək enib. Beləliklə, Avropada uçot dərəcələrinin endirilməsi bazara hələ də müsbət təsir etməyib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2754 dollar (+0,04%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR