Bank Of Baku

Dünya bazarında neftin qiyməti daha da azalıb

Dünya bazarında neftin qiyməti daha da azalıb
# 10 dekabr 2008 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,64 dollar və ya 3,75% azalaraq 1 barelə görə 42,07 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,89 dollar azalaraq 41,53 dollar təşkil edib.
Neftin ucuzlaşmasının davam etməsi birbaşa dünya iqtisadiyyatının geriləməsi ilə bağlıdır və bazara süni müdaxilə olunmazsa, bu proses davam edəcək. Müdaxilənin hazırda yeganə yolu isə neft hasilatının mütəşəkkil qaydada azalmasındadır. Bu barədə qərar OPEC-in dekabrın 17-də keçiriləcək növbəti iclasında qəbul oluna bilər. Xatırladaq ki, OPEC-in oktyabrın 24-də hasilat kvotasının azaldılmasına dair qəbul edildiyi qərar bazara müsbət təsir göstərməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR