Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 38 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 38 mln. manatlıq notları yerləşdirilib
# 10 dekabr 2008 12:23 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının (AMB) 50104919S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 38 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirakı ilə keçirilən hərracda təqdim olunan sifarişlərin nominal üzrə ümumi həcmi 43 443 200 manat təşkil edib. Sifarişlər 99,39% (gəlirlik 7,89%) – 99,69% (gəlirlik 4,00%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 99,64% (gəlirlik 4,65%), orta ölçülmüş qiymət isə 99,67% (gəlirlik 4,26%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 6 416 400 manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 38 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin yanvarın 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR