Bank Of Baku

Dünya bazarında neftin qiyməti yüksəlib

Dünya bazarında neftin qiyməti yüksəlib
# 11 dekabr 2008 08:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,45 dollar və ya 3,45% artaraq 1 barelə görə 43,52 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 dollar artaraq 42,40 dollar təşkil edib.
Neftin bahalaşmasının əsas səbəbi OPEC-in dekabrın 17-də keçiriləcək iclasında neft hasilatının azaldılmasına dair qəti qərarın qəbul ediləcəyi barədə məlumatlar olub. Eyni zamanda, Rusiyanın energetika naziri Serqey Şmatko bəyan edib ki, onun məlumatına görə, OPEC çox ciddi və əhəmiyyətli qərarlar, RF isə öz növbəsində hasilatın tənzimləməsi barəbə təkliflər hazırlayır. Bütün bunlar OPEC-in iclası ərəfəsində açıqlanacaq. Beləliklə, OPEC və Rusiya neft qiymətlərinin tənzimləməsi prosesində artıq razılaşdırılmış mövqedən çıxış edəcək.
Eyni zamanda, neft bazarı haqqında proqnozlar qənaətbəxş deyil. Belə ki, ABŞ-ın Enerji İnformasiya İdarəsi 2008-ci ildə dünya tələbatının 50 min barel/gün, 2009-cu ildə 450 min barel/gün azalacağını proqnozlaşdırır. Həmçinin, ABŞ-da ötən həftənin yekunlarına görə, neft ehtiyatları 400 min barel artaraq 320,8 mln-a, benzin ehtiyatları 3,8 mln. barel artaraq 202,7 mln-a, dizel yanacağı və mazut ehtiyatları 5,6 mln. barel artaraq 130,6 mln-a çatıb. Analitiklər bu artımları daha aşağı səviyyədə gözləniyirdilər və bu, ABŞ-da neft tələbatının daha kəskin şəkildə azaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR