Bank Of Baku

Dow Jones indeksi 0,81%, S&P 500 1,19%, Nasdaq isə 1,17% yüksəlib

Dow Jones indeksi 0,81%, S&P 500 1,19%, Nasdaq isə 1,17% yüksəlib
# 11 dekabr 2008 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 10-da Amerika bazarlarında Dow Jones indeksi 0,81% - 8761,42 bəndədək, S&P 500 1,19% - 899,24 bəndədək, Nasdaq isə 1,17% - 1565,48 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin yüksəlməsi neftin qiymətinin artması, ABŞ-ın avtomobil istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi barədə danışıqların müsbət nəticəsi haqqında xəbərlər hesabına baş verib. Qeyd edək ki, artıq ticarət əməliyyatları başa çatdıqdan sonra məlum olub ki, ABŞ Konqressinin Nümayəndələr Palatası avtomobil istehsalçılarına 14 mlrd. dollar məbləğində kreditin ayırması barədə qərar qəbul edib.
Makroiqtisadi xəbərlər isə ABŞ indekslərinin yüksəlməsini bir qədər saxlayıb. Məsələn, məlum olub ki, noyabr ayında ABŞ-ın federal büdcəsinin kəsiri ötən ilin noyabr ayı ilə müqayisədə 67,4% artaraq 164,4 mlrd. dollara çatıb ki, bu da aylıq rekord göstəricidir.
Ümumilikdə, ABŞ-da «ExxonMobil»in səhmləri 2,4%, «Chevron»un 3,8%, alüminium istehsalçısı «Alcoa»nın səhmləri 6,8%, düyanın ən iri misçıxarma şirkəti olan «Freeport-McMoRan»ın səhmləri 16%, «Yahoo»nun səhmləri 9,9% bahalaşıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,32% - 4367,28 bəndədək enib, Fransa CAC-40-ı 0,68% - 3320,31 bəndədək, Almaniya DAX-ı isə 0,54% - 4804,88 bəndədək yüksəlib. Avropa bazarlarında əsasən dağmədən və avtomobil şirkətlərinin səhmləri bahalaşıb. Belə ki, «Rio Tinto»nun səhmləri 20%, «BHP Billiton»un 6,7%, «Xstrata»nın 6,6%, BMW-nin 2,3%, «Peugeot Citroen»in səhmləri isə 6,9% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3052 dollar (+0,75%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR