Bank Of Baku

BFB-da 10306720S seriyalı 4 544,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10306720S seriyalı 4 544,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 11 dekabr 2008 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306720S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 4 544 400 manat təşkil edib. Sifarişlər 95,55% (gəlirlik 9,39%) - 95,59% (gəlirlik 9,30%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 95,55% (gəlirlik 9,39%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 544 400 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyunun 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR