Bank Of Baku

Dünya bazarında neftin bahalaşması davam edir

Dünya bazarında neftin bahalaşması davam edir
# 12 dekabr 2008 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 4,46 dollar və ya 10,25% artaraq 1 barelə görə 47,98 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 4,99 dollar artaraq 47,39 dollar təşkil edib.
Neftin bahalaşmasına OPEC-in dekabrın 17-də keçiriləcək iclasında neft hasilatının azaldılmasına dair qərarın qəbul edilməsi ilə bağlı gözləntilərin təsiri davam edir. OPEC-in müxtəlif üzvlərinin hasilatın azaldılmasının zəruriliyi barədə bəyanatlarından sonra Rusiya da öz mövqeyinə aydınlıq gətirib. Belə ki, ölkə prezidenti Dmitri Medvedev bəyan edib ki, Rusiya OPEC-lə uyğunlaşdırılmış qaydada neftin hasilatının azaldılması ilə yanaşı bu təşkilata daxil olmağa hazırdır.
Qeyd edək ki, neftin qiymətinin artmasına həmçinin dolların ucuzlaşması da təsir göstərib. Dekabrın 11-də dollar avroya qarşı 2,5% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR