Bank Of Baku

Dow Jones indeksi 2,24%, S&P 500 2,85%, Nasdaq isə 3,68% enib

Dow Jones indeksi 2,24%, S&P 500 2,85%, Nasdaq isə 3,68% enib
# 12 dekabr 2008 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 11-də Amerika bazarlarında Dow Jones indeksi 2,24% - 8565,09 bəndədək, S&P 500 2,85% - 873,59 bəndədək, Nasdaq isə 3,68% - 1507,88 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin enməsi ABŞ-ın avtomobil istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi planının taleyinin qeyri-müəyyən olmasından baş verib. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının avtomobil istehsalçılarına 14 mlrd. dollar məbləğində kreditin ayrılması barədə qərar qəbul etməsinə baxmayaraq, Senatın çoxluğunu təşkil edən respublikaçılar planı hazırkı formada dəstəkləməyəcəyini bəyan ediblər.
Bundan başqa, ABŞ-ın makroiqtisadi vəziyyəti pisləşməkdədir. Belə ki, ötən həftə ABŞ-da işsizlərin sayı əvvəlki həftə ilə müqayisədə 58 min nəfər artaraq 573 min nəfərə çatıb. Bu, 25 illik maksimal göstəricidir.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,49% - 4388,69 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,43% - 3306,13 bəndədək, Almaniya DAX-ı isə 0,78% - 4767,20 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3370 dollar (+2,44%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR