Bank Of Baku

Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb
# 15 dekabr 2008 07:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,70 dollar və ya 3,5% azalaraq 1 barelə görə 46,28 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,98 dollar azalaraq 46,41 dollar təşkil edib.
Neft bazarının iştirakçıları OPEC-in dekabrın 17-də keçiriləcək iclasını gözləyir. Ehtimal olunur ki, bu iclasda neft hasilatının 1-1,5 mln. barel/gün azaldılmasına dair qərar qəbul olunucaq. Eyni zamanda, neft qiymətləri ilə bağlı gələn il üçün müxtəlif proqnozlar da bazara təsir göstərir. Ötən həftənin sonunda «oldman Sachs» bankının tədqiqat bölməsi gələn il üçün neftin 1 barelinin qiyməti üzrə proqnozunu 45 dollar səviyyəsində elan edib. «Goldman Sachs» yaxın aylarda neftə olan tələbatın azalacağını və 2009-cu ilin I rübündə neftin 30 dollara kimi ucuzlaşacağını proqnozlaşdırır. Qeyd edək ki, «Goldman Sachs»ın hesablamalarına əsasən, neftin qiyməti 70 dollar səviyyəsinə yalnız 2010-cu ildə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR