Bank Of Baku

Dow Jones indeksi 0,75%, S&P 500 0,7%, Nasdaq isə 2,18% yüksəlib

Dow Jones indeksi 0,75%, S&P 500 0,7%, Nasdaq isə 2,18% yüksəlib
# 15 dekabr 2008 07:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 12-də Amerika bazarlarında Dow Jones indeksi 0,75% - 8628,89 bəndədək, S&P 500 0,7% - 876,73 bəndədək, Nasdaq isə 2,18% - 1507,88 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da aparıcı indekslərin yüksəlməsinin səbəbi yerli avtomobil istehsalçılarına kreditlərin verilməsi ilə bağlı hazırlıq barədə məlumatlar olub. Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası avtomobil istehsalçılarına dövlət maliyyə dəstəyi çərçivəsində 14 mlrd. dollar məbləğində kreditin ayrılması barədə qərar qəbul etsə də, Senat bu sənədi təsdiqləməyib. Bundan sonra Maliyyə Nazirliyi bəyan edib ki, buna baxmayaraq, avtomobil istehsalçılarını fərdi qaydada kreditləşdirməyə hazırdır.
ABŞ-ın makroiqtisadi göstəriciləri indekslərin nəzərə çarpan dərəcədə yüksəlməsinə imkan verməyib. Qeyd edək ki, ABŞ-da noyabrda istehsal qiymətləri 2,2% enib (oktyabrda enmə 2,8% olub). Bundan başqa, noyabrda pərakəndə satışın həcmi oktyabrla müqayisədə 1,8%, ötən ilin noyabrına nisbətən isə 7,4% azalıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 2,47% - 4280,35 bəndədək, Fransa CAC-40-ı 2,8% - 3213,13 bəndədək, Almaniya DAX-ı isə 2,18% - 4663,27 bəndədək enib. Avropa bazarlarında əsasən bank səhmləri kəskin ucuzlaşıb. Belə ki, Britaniya HBOS bankının səhmləri 23%, İsveçrə UBS bankının səhmləri 8,5%, Almaniya «Deutsche Bank»ının səhmləri 4,9%, Fransa «Credit Agricole»nin səhmləri 7,5% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3489 dollar (+0,89%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR