Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 16 dekabr 2008 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,77 dollar və ya 3,82% azalaraq 1 barelə görə 44,51 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,81 dollar azalaraq 44,60 dollar təşkil edib.
Neft bazarında ticarət zamanı qiymətin hətta 50 dollara çatmasına baxmayaraq, ticarət sessiyasının sonunda qiymət enib. Qiymətin artması Səudiyyə Ərəbistanı tərəfindən neft tədarükünün 8% azaldılması barədə bəyanatı, dekabrın 17-də keçiriləcək OPEC-in iclasında gündəlik hasilatın 2-2,5 mln. barel azaldılması barədə gözlənilən qərarın qəbul edilməsi səbəb olsa da, dünya iqtisadiyyatının ümumi geriləməsi, neftə olan tələbatın azalması kimi amillər yekunda bazara mənfi təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR