Bank Of Baku

Dow Jones indeksi 0,76%, S&P 500 1,27%, Nasdaq isə 2,14% enib

Dow Jones indeksi 0,76%, S&P 500 1,27%, Nasdaq isə 2,14% enib
# 16 dekabr 2008 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 15-də Amerika bazarlarında Dow Jones indeksi 0,76% - 8564,53 bəndədək, S&P 500 1,27% - 868,57 bəndədək, Nasdaq isə 2,1% - 1508,34 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında makroiqtisadi göstəricilərin, avtomobil istehsalçıları ilə bağlı qeyri-müəyyənlik və digər mənfi amillər kotirovkaların enməsinə səbəb olub.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,07% - 4388,69 bəndədək, Fransa CAC-40-ı 0,87% - 3185,66 bəndədək, Almaniya DAX-ı isə 0,18% - 4654,82 bəndədək enib. Avropa bazarlarında əsasən bankların səhmləri ucuzlaşıb. Belə ki, HSBC bankının səhmləri 1,2%, «BNP Paribas»ın səhmləri 10%, «Royal Bank of Scotland»ın səhmləri 3,7% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3732 dollar (+1,8%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR