Bank Of Baku

Bu gün BFB-da 3 455,6 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 3 455,6 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 dekabr 2008 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306720S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərracda iştirak edən 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 3 455,6 min manat təşkil edib. Sifariş 95,88% (gəlirlik 8,96%) qiymətlə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 95,88% (gəlirlik 8,96%), orta ölçülmüş qiymət 95,88% (gəlirlik 8,96%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 455,6 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə ödənişlər emitent tərəfindən 2009-cu ilin iyunun 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR