Bank Of Baku

OPEC-in yeni qərarı neftin ucuzlaşmasını dayandırmayıb

OPEC-in yeni qərarı neftin ucuzlaşmasını dayandırmayıb
# 18 dekabr 2008 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 3,54 dollar və ya 8,12% azalaraq 1 barelə görə 40,06 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,12 dollar azalaraq 45,53 dollar təşkil edib.
Qeyd edək ki, dekabrın 17-də OPEC gündəlik neft hasilatının gələn ilin yanvarın 1-dən 2,2 mln. barel azaldılmasına dair qərar qəbul edib. Lakin buna baxmayaraq, neftin ucuzlaşması davam edir. Qiymətlərin düşməsinin səbəbləri tam aydın olmasa da, ehtimal etmək olar ki, bazara dünya iqtisadiyyatının geriləməsi nəticəsində neftə olan tələbatın azalması amilinin təsiri daha güclü olub. Eyni zamanda gözləmək olar ki, neft hasilatının və bazara təklifin real azalması tezliklə neftin bahalaşmasına səbəb olacaq.
OPEC-in qərarına gəldikdə, son qərarla birlikdə sentyabrdan sonra məcmu azalma 4,2 mln. barel təşkil edib ki, nəticədə OPEC hasilatının həcmi yanvar ayında 24,8 mln. barelə bərabər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR