Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq isə 0,6% enib

Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq isə 0,6% enib
# 18 dekabr 2008 08:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 17-də Amerika bazarlarında Dow Jones indeksi 1,1% - 8823,94 bəndədək, S&P 500 0,9% - 904,42 bəndədək, Nasdaq isə 0,6% - 1579,31 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında nəhəng maliyyə qurumu olan «Morgan Stanley»in IV rüb ərzində 2,4 mlrd. dollar məbləğində xalis zərərə məruz qalması, makroiqtisadi göstəricilər, neftin ucuzlaşması və digər mənfi amillər kotirovkaların enməsinə səbəb olub.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,35% - 4324,19 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,30% - 3241,92 bəndədək, Almaniya DAX-ı isə 0,46% - 4708,38 bəndədək enib. Avropa bazarlarına da həm korporativ xəbərlər, həm də Avrozona üzrə makroiqtisadi göstəricilər öz mənfi təsirini göstərib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4418 dollar (+2,59%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR