Bank Of Baku

Dünya bazarında neft 36 dollar/barelədək ucuzlaşıb

Dünya bazarında neft 36 dollar/barelədək ucuzlaşıb
# 19 dekabr 2008 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 3,84 dollar və ya 9,59% azalaraq 1 barelə görə 36,22 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,17 dollar azalaraq 43,36 dollar təşkil edib.
Bazar iştirakçılarının fikrincə, investorlar OPEC-in neft hasilatının 2,2 mln. barel azaldılması ilə bağlı son qərarının qiymətlərin tənzimləməsi üçün kifayət etməyəcəyindən ehtiyatlanır. Bundan əlavə, hasilatın azaldılmasının bazara təsirini yalnız bir neçə aydan sonra gözləmək olar. Həmçinin investorlarlar OPEC-in bütün iştirakçılarının həmin qərara riayət edəcəyinə sübhə ilə yanaşır, çünki, müstəqil müşahidəçilərin məlumatlarına görə, əvvəlki qərarların yalnız 50%-i tam icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR