Bank Of Baku

Dünya bazarlarında neft daha da ucuzlaşıb

Dünya bazarlarında neft daha da ucuzlaşıb
# 22 dekabr 2008 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 2,35 dollar və ya 6,49% azalaraq 1 barelə görə 33,87 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,64 dollar artaraq 44,00 dollar təşkil edib.
Bazar iştirakçılarının fikrincə, neft müqavilələrinin kütləvi satışı dünya iqtisadi böhranı fonunda enerji daşıyıcılarına olan tələbatın azalmasının davam etməsi barədə ehtimallar səbəbindən baş verir. Eyni zamanda, OPEC-in son qərarına uyğun gündəlik neft hasilatının 2,2 mln. barel azaldılmasının bazara müsbət təsiri perspektivlərinə investorlar pessimizmlə yanaşır.
Qeyd edək ki, analitiklərin fikrincə, WTI neftinin ixracına dair yanvar müqaviləsinin kəskin ucuzlaşması anbarların neftlə dolması ilə bağlıdır. Xatırladaq ki, NYMEX-də satılan neft ABŞ-ın Oklaxoma ştatında Kuşinq neft anbarlarına vurulur. Ötən həftə ərzində Kuşinq anbarlarında neft ehtiyatları 21% artaraq 27,5 mln. barelə çatıb ki, bu da ötən ilin may ayından ən yüksək göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR