Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,29%, Nasdaq isə 0,77% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,29%, Nasdaq isə 0,77% yüksəlib
# 22 dekabr 2008 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 19-da Amerika bazarlarında Dow Jones indeksi 0,3% - 8579,11 bəndədək enib, S&P 500 0,29% - 887,88 bəndədək, Nasdaq isə 0,77% - 1564,32 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına bir neçə amil təsir edib. İlk növbədə məlum olub ki, ABŞ hökuməti tərəfindən avtomobil şirkətlərinə ümumilikdə 17,4 mlrd. dollar məbləğində kreditin ayrılması barədə qərar qəbul olunacaq. Bundan başqa, bir sıra korporativ xəbərlər indekslərə müxtəlif dərəcədə təsir göstərib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,01% - 4286,93 bəndədək, Fransa CAC-40-ı 0,26% - 3225,15 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 4696,70 bəndədək enib. Avropa bazarlarında hər gün dünya iqtisadi böhranını ağırlaşdıran yeni amillərin meydana çıxması investorları çox narahat edir və bu, bazarda neqativ əhval-ruhiyyə yaradır.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4001 dollar (-1,93%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR