Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 4,205 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 4,205 mln. dollarlıq əqd bağlanıb
# 22 dekabr 2008 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8015 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8015 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlər həcmi 2 698 730 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 673 680 AZN, manatın orta məzənnəsi isə 0,8015 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 4,205 mln. dollar və ya 3 372 410 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 102 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,36%, ABŞ dolları üzrə isə illik 15,93% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 500 min AZN, müddəti 97 gün və faiz dərəcəsi 15,00% təşkil edən əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR