Bank Of Baku

Dow Jones indeksi 0,69%, S&P 500 1,83%, Nasdaq isə 2,04% enib

Dow Jones indeksi 0,69%, S&P 500 1,83%, Nasdaq isə 2,04% enib
# 23 dekabr 2008 09:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 22-də Amerika bazarlarında Dow Jones indeksi 0,69% - 8519,77 bəndədək, S&P 500 1,83% - 871,63 bəndədək, Nasdaq isə 2,04% - 1532,35 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond indekslərinin enməsi əsasən neqativ korporativ xəbərlər nəticəsində səhmlərin ucuzlaşması səbəbindən baş verib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,88% - 4249,16 bəndədək, Fransa CAC-40-ı 2,31% - 3151,36 bəndədək, Almaniya DAX-ı isə 1,23% - 4639,02 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən bank və avtomobil sektorunda müşahidə olunub. Belə ki, İspaniya «Santander» bankının səhmləri 2,8%, Britaniya «Lloyds TSB» bankının səhmləri 8,6%, Danimarka «Danske Bank»ın səhmləri 5,2%, «Daimler» avtokonserninin səhmləri 4,6%, BMW-nin səhmləri isə 3,9% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3972 dollar (-0,21%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR