Bank Of Baku

Dünya bazarlarında neftin ucuzlaşması davam edir

Dünya bazarlarında neftin ucuzlaşması davam edir
# 23 dekabr 2008 09:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,45 dollar və ya 5,79% azalaraq 1 barelə görə 39,91 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,55 dollar azalaraq 41,45 dollar təşkil edib.
Neft bazarlarında fəallıq çox aşağı səviyyədədir, çünki investorlar öz portfellərini neft aktivləri ilə doldurmağa tələsmir. Buna səbəb ABŞ-ın tədricən pisləşən makroiqtisadi göstəriciləridir. Bundan başqa, dekabrın 24-də ABŞ-da neft ehtiyatları barədə növbəti həftəlik icmal açıqlanacaq ki, investorlar neft ehtiyatlarının yenidən artmasını gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR