Bank Of Baku

Dow Jones indeksi 1,18%, S&P 500 0,97%, Nasdaq isə 0,71% enib

Dow Jones indeksi 1,18%, S&P 500 0,97%, Nasdaq isə 0,71% enib
# 24 dekabr 2008 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 23-də Amerika bazarlarında Dow Jones indeksi 1,18% - 8419,49 bəndədək, S&P 500 0,97% - 863,16 bəndədək, Nasdaq isə 0,71% - 1521,54 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond indekslərinə ölkənin makroiqtisadi göstəriciləri mənfi təsir göstərib. Belə ki, ABŞ-da ÜDM-in həcmi III rübdə 0,5% azalıb, yeni evlərin satışı noyabr ayında oktyabrla müqayisədə 2,9% azalıb. Bundan başqa, neftin ucuzlaşması nəticəsində neft şirkətlərinin, reytinqlərin endirilməsi isə avtomobil istehsalçılarının səhmlərini ucuzlaşdırıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,16% - 4255,98 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,73% - 3128,41 bəndədək, Almaniya DAX-ı isə 0,21% - 4629,38 bəndədək enib. Avropada da makroiqtisadi göstəricilər mənfi olduğundan indekslər düşür. Belə ki, Böyük Britaniyada ÜDM-in həcmi III rübdə 0,6% azalıb, həmçinin daşınmaz əmlakın qiymətlərinin illik azalması 10,9% təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3961 dollar (-0,08%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR