Bank Of Baku

Dünya bazarlarında neft daha 9% ucuzlaşıb

Dünya bazarlarında neft daha 9% ucuzlaşıb
# 25 dekabr 2008 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 3,63 dollar və ya 9,31% azalaraq 1 barelə görə 35,35 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,75 dollar azalaraq 36,61 dollar təşkil edib.
Mütəxəssislərin fikrincə, neftin ucuzlaşması daha çox texniki səbəblərlə bağlıdır. Belə ki, ABŞ-ın Kuşinq terminalında neft ehtiyatları tarixi rekord səviyyəyə - 28,7 mln. barelə çatıb. Eyni zamanda, ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) və Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, neft ehtiyatları ötən həftə azalıb. Belə ki, EIA-nın hesablamalarına görə, neft ehtiyatları həftə ərzində 3,1 mln. barel - 318,2 mln. barelədək azalıb, benzin ehtiyatları isə 3,3 mln. barel - 207,3 mln. barelədək artıb. API-nin hesablamalarına görə isə, neft ehtiyatları 4,2 mln. barel - 316,7 mln. barelədək azalıb, benzin ehtiyatları isə əksinə, 1,7 mln. barel artaraq 204,8 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR