Bank Of Baku

Dow Jones indeksi 0,58%, S&P 500 0,58%, Nasdaq isə 0,22% yüksəlib

Dow Jones indeksi 0,58%, S&P 500 0,58%, Nasdaq isə 0,22% yüksəlib
# 25 dekabr 2008 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 24-də Amerika bazarlarında Dow Jones indeksi 0,58% - 8458,48 bəndədək, S&P 500 0,58% - 868,15 bəndədək, Nasdaq isə 0,22% - 1524,90 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarı makroiqtisadi göstəriciləri təsiri altında qalmaqdadır. Belə ki, dekabrın 24-də açıqlanıb ki, noyabrda ABŞ-da uzunmüddətli istehlak malları üçün sifarişlər 1%, şəxsi gəlirlər 0,2%, şəxsi xərclər 0,6% azalıb, işsizlik üzrə ilkin müraciətlərin sayı həftə ərzində 30 min artaraq 586 min nəfərə çatıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,93% - 4216,59 bəndədək, Fransa CAC-40-ı 0,73% - 3128,41 bəndədək enib. Milad Bayramı ilə bağlı dekabrın 24-də Almaniyada fond bazarında ticarət aparılmayıb. Avropada neftin ucuzlaşması səbəbindən neft şirkətlərinin səhmləri ucuzlaşıb. Belə ki, BP-nin səhmləri 1,7%, «Royal Dutch Shell»in səhmləri 2,2%, «Total»in səhmləri isə 0,16% düşüb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4008 dollar (+0,34%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR