Bank Of Baku

Dünya bazarında qızıl daha da bahalaşacaq

Dünya bazarında qızıl daha da bahalaşacaq
# 27 dekabr 2008 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatları gedişində qızılın 1 unsiyasının qiyməti 23,2 dollar və ya 2,74% artaraq 871,2 dollara çatıb. «APA-Economics»in məlumatına görə, həftə ərzində qızıl 4% bahalaşıb.
Qızılın bahalaşması dolların ucuzlaşması fonunda baş verib ki, adətən, bu aktivlərin məzənnələri əks istiqamətlərdə dəyişir. Qeyd edək ki, Londonun nağd qızıl bazarında 1 unsiyanın qiyməti 836,75 dollar təşkil edib. Bazar iştirakçıları qızılın yaxın bir ayda daha da bahalaşacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Azərbaycanda qızılın rəsmi məzənnəsi dekabrın 26-da 670 manat (836,35 dollar) təşkil edib və bu, ayın əvvəlinə nisbətən 1,7% çoxdur, həftə ərzində isə qızılın məzənnəsi dəyişməyib.
Müqayisə üçün bildirək ki, dolların məzənnəsi ayın əvvəlindən 1%, həftə ərzində 0,1% azalaraq 0,8011 manat təşkil edib. Eyni zamanda, avronun məzənnəsi ayın əvvəlindən 9,7%, həftə ərzində 0,4% artaraq 1,1252 manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR