Bank Of Baku

«Deutsche Bank»: Gələn il neftin qiyməti 30 dollara düşəcək

«Deutsche Bank»: Gələn il neftin qiyməti 30 dollara düşəcək
# 29 dekabr 2008 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,36 dollar və ya 6,68% artaraq 1 barelə görə 37,71 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,76 dollar artaraq 38,37 dollar təşkil edib. Neftin bahalaşması ötən həftə ərzində ilk dəfə müşahidə olunub ki, nəticədə həftə ərzində neftin ümumi ucuzlaşması 11% təşkil edib.
«Deutsche Bank»ın hesablamalarına görə, gələn il dünyada neftə olan tələbatın azalması günə 1 mln. barel və ya 1% təşkil edərək son 25 illik maksimuma çatacaq. Bankın ekspertləri hesab edirlər ki, gələn il dünya iqtisadi böhranı səbəbindən nefitn qiyməti 30 dollara qədər enə bilər. Eyni zamanda, Bank orta illik qiyməti 47,5 dollar səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, «Deutsche Bank»ın hesablamaları digər iri maliyyə qurumlarının neftlə bağlı proqnozlarından daha pessimistdir. Belə ki, «Citigroup» un hesablamalarına görə, gələn il neftin orta illik qiyməti 65 dollar, «Barclays Capital»ın proqnozlarına görə isə 76 dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR