Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 9,55 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 9,55 mln. dollarlıq əqd bağlanıb
# 29 dekabr 2008 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8005 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8011 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 6 404 000 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8005 AZN/$1-ə bəraər olub.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 240 775 AZN, manatın orta məzənnəsi isə 0,8005 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 9,55 mln. dollar və ya 7 644 775 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 3 183 333 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 4 169 072 AZN, manatın orta məzənnəsi isə avroya nisbətən 1,1329 AZN/EUR təşkil edib.
Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,17%, ABŞ dolları üzrə isə illik 15,83% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR