Bank Of Baku

Dow Jones indeksi 0,37%, S&P 500 0,39%, Nasdaq isə 1,3% enib

Dow Jones indeksi 0,37%, S&P 500 0,39%, Nasdaq isə 1,3% enib
# 30 dekabr 2008 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,37% - 8483,93 bəndədək, S&P 500 0,39% - 869,42 bəndədək, Nasdaq isə 1,3% - 1510,32 bəndədək enib. «APA-Economics»in məlumatına görə, neftin bahalaşması dekabrın 29-da ABŞ-ın fond bazarında istehlak sektorunun şirkətlərin səhmlərin ucuzlaşmasına səbəb olub. Bundan başqa, Küveyt hökumətinin Amerika “Dow Chemical” şirkəti ilə müştərək müəssisə yaratmaqdan imtina etməsi bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb.
Avropa bazarlarında isə əksinə olaraq neftin bahalaşması indekslərin yüksəlməsinə səbəb olub, çünki burada ticarət olunan neft şirkətlərin səhmləri dərhal bahalaşıb. Nəticədə Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 2,44% - 4319,35 bəndədək, Fransa CAC-40-ı 0,47% - 3130,72 bəndədək, Almaniya DAX-ı isə 1,63% - 4704,86 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4098 (-0,38%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR