Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 31,9 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 31,9 mln. manatlıq notları yerləşdirilib
# 30 dekabr 2008 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50105219S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 40 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 31 876 600 manat təşkil edib. Sifarişlər 99,56% (gəlirlik 5,49%) – 99,68% (gəlirlik 3,99%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,56% (gəlirlik 5,49%), orta ölçülmüş qiyməti isə 99,62% (gəlirlik 4,74%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 3 219 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 31 876 600 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin yanvarın 28-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR