Bank Of Baku

Dünya bazarında neft bahalaşmağa başlayıb

Dünya bazarında neft bahalaşmağa başlayıb
# 05 yanvar 2009 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,74 dollar və ya 3,9% artaraq 1 barelə görə 46,34 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 6,76 dollar artaraq 46,91 dollar təşkil edib.
Neftin bahalaşmasına Qəzza sektorunda baş verən münaqişənin təsiri davam edir. Bundan əlavə, OPEC rəhbərliyinin yaxın gələcəkdə (fevralda) növbədənkənar iclas keçirməsi barədə bəyanatlar da qiymətlərə təsir göstərib. Belə ki, OPEC prezidenti Şəkib Xəlilin və OPEC-in İrandan olan icraçı nümayəndəsi Məhəmməd Əli Xətibi tərəfindən səslənən bu cür bəyanatlar bazar iştirakçıları üçün neft bazarında mövcud vəziyyətin OPEC-i qane etmədiyi barədə bir siqnaldır. Xatırladaq ki, ötən ilin dekabrın 17-də OPEC öz iclasında neft hasilatının azaldılması barədə qərar qəbul etsə də, bu qərar hələ də istənilən effekti verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR