Bank Of Baku

Dow Jones indeksi 2,9%, S&P 500 3,2%, Nasdaq isə 3,5% yüksəlib

Dow Jones indeksi 2,9%, S&P 500 3,2%, Nasdaq isə 3,5% yüksəlib
# 05 yanvar 2009 09:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 2-də Amerika fond bazarında Dow Jones indeksi 2,9% - 9034,69 bəndədək, S&P 500 3,2% - 931,80 bəndədək, Nasdaq isə 3,5% - 1632,21 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında yüksəliş bir sıra korporativ xəbərlər nəticəsində baş verib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 2,88% - 4561,79 bəndədək, Fransa CAC-40-ı 4,09% - 3349,69 bəndədək, Almaniya DAX-ı isə 3,39% - 4973,07 bəndədək yüksəlib. Avropada indekslərin artmasının əsas səbəbi korporativ xəbərlərlə bağlı olub. Eyni zamanda, investorların aparıcı Avropa ölkələri hökumətlərinin böhrana qarşı səylərini artıracağını gözləmələri də öz müsbət təsirini göstərib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3928 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR