Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 0,5%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,5%, Nasdaq isə 0,3% enib
# 06 yanvar 2009 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,91% - 8952,89 bəndədək, S&P 500 0,47% - 927,45 bəndədək, Nasdaq isə 0,26% - 1628,03 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına neft bazarında qiymət artımı və ABŞ-ın yeni seçilən prezidenti Barak Obamanın iqtisadiyyatın sağlamlaşdırılması üçün təklif edilən tədbirlər planını açıqlaması müsbət təsir göstərib. Qeyd edək ki, həmin planın əsas hissəsi kimi vergilərin 300 mlrd. dollar azaldılması təklif olunur. Eyni zamanda, neftin bahalaşması neft-qaz şirkətlərinin və bu sahədə fəaliyyət göstərən servis şirkətlərinin səhmlərin bahalaşmasına səbəb olub. Lakin ümumi iqtisadi göstəricilər, avtomobil istehsalçılarının satış göstəriciləri və digər mənfi amillər yekunda indeksləri endirib.
Avropa bazarlarında da həmin təsir amilləri, yəni neftin bahalaşması, ABŞ-da gözlənilən vergi azaldılması bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb. Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,39% - 4579,64 bəndədək, Fransa CAC-40-ı 0,31% - 3359,92 bəndədək, Almaniya DAX-ı isə 0,31% - 4983,99 bəndədək yüksəlib. Avropada əsasən enerji, bank və telekommunikasiya şirkətlərinin səhmləri üzrə artım müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3582 (-2,48%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR