Bank Of Baku

Dünya bazarında neftin bahalaşması davam edir

Dünya bazarında neftin bahalaşması davam edir
# 06 yanvar 2009 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,47 dollar və ya 5,33% artaraq 1 barelə görə 48,81 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 5,03 dollar artaraq 51,94 dollar təşkil edib.
Analitiklər neftin bahalaşmasını iki əsas səbəblə əlaqələndirirlər. Birincisi, Barak Obamanın iqtisadiyyatın bərpasına yönəldilən tədbirlər planında əks olunan vergilərin azaldılması, o cümlədən kiçik və orta biznes üçün azalmalar bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb. İkincisi, Qəzza sektorunda davam edən hərbi əməliyyat neft bazarına birbaşa təsir edərək qiymətləri yüksəldir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR