Bank Of Baku

Dünya bazarında neftin qiyməti 50 dollar həddini üstələyib

Dünya bazarında neftin qiyməti 50 dollar həddini üstələyib
# 07 yanvar 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,91 dollar və ya 1,86% artaraq 1 barelə görə 50,53 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 48,58 dollar təşkil edib.
Maraqlıdır ki, neftin bahalaşması ABŞ-da bir sıra mənfi makroiqtisadi göstəricilərin açıqlanması fonunda baş verib. Belə ki, ABŞ-da emal sənayesində sifarişlərin həcmi 4,6% azalıb və bu, müvafiq proqnozu iki dəfə üstələyib. Bundan əlavə, daşınmaz əmlakın təkrar bazarında başa çatdırılmamış əqdlərin indeksi 4% düşüb. Nəhayət, Federal Ehtiyat Sisteminin hesablamalarına görə, iqtisadi geriləmə ABŞ-da 2009-cu ildə də müşahidə olunacaq, yəni cari ildə ÜDM-in azalması gözlənilir. Bu amil ABŞ iqtisadiyyatının pisləşməsinin davam etməsini əks etdirərək bazarda neftə olan tələbatı azaltmalıdır, lakin göründüyü kimi, neftin qiyməti yüksəlib. Buna yeganə səbəb Küveyt və Qətər tərəfindən yanvarda dünya bazarına neft tədarükünü azaldacaqları barədə bəyanatlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR