Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq isə 1,5% yüksəlib
# 07 yanvar 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 9015,10 bəndədək, S&P 500 0,8% - 934,70 bəndədək, Nasdaq isə 1,5% - 1652,38 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarı yeni seçilən prezident Barak Obamanın iqtisadiyyatın sağlamlaşdırılması ilə bağlı təklif etdiyi tədbirlər planının müsbət təsiri altındadır. Bu fonda ABŞ-ın bir sıra mənfi makroiqtisadi göstəricilərinin açıqlanmasına investorlar əhəmiyyət verməyib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,3% - 4638,92 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3396,22 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5026,31 bəndədək yüksəlib. Avropada əsasən dağ-mədən və avtomobil şirkətlərinin səhmləri üzrə artım müşahidə olunub. Bunun hansı səbəblər nəticəsində baş verdiyi aydın deyil, çünki makroiqtisadi göstəricilər, xüsusən də avtomobil sahəsində satışın və paralel olaraq istehsalın azalması heç də yüksəlişə səbəb ola bilməz.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3518 (-0,47%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR