Bank Of Baku

Dünya bazarında neft kəskin ucuzlaşıb

Dünya bazarında neft kəskin ucuzlaşıb
# 08 yanvar 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 5,95 dollar və ya 12,25% azalaraq 1 barelə görə 42,63 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 4,67 dollar azalaraq 45,86 dollar təşkil edib.
Neftin ucuzlaşmasının əsas səbəbi ABŞ-da neft və neft ehtiyatlarının kəskin artmasıdır. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə neft ehtiyatları 6,7 mln. barel artaraq 325,4 mln. barelə çatıb, halbuki analitiklər artımı 1,5 mln. barel səviyyəsində proqnozlaşdırırdılar. Benzin ehtiyatları isə 3,3 mln. barel artıb.
Bundan başqa, iqtisadi vəziyyətin pisləşməsini sübut edən müxtəlif göstəricilər də neft bazarına təsir edib. Məsələn, məlum olub ki, təkcə dekabr ayında ABŞ iqtisadiyyatının özəl bölməsində 693 min iş yeri ixtisar olunub və bu, analoji noyabr göstəricisindən 217 min, iqtisadçıların proqnozlarından isə 220 min çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR